Tarix : 2011 Jun 18
Kod 23439

Hacı İlqar:«Gürcüstan Müsəlmanları İdarəsinin yaranması - Azərbaycanda İslamla bağlı aparılan yan...

Gürcüstan Müsəlmanları Idarəsi yenicə yaradılsa da, artıq adı ətrafında xeyli müzakirələrə yol açıb. Məsələyə həm Gürcüstandakı bəzi soydaşlarımız...
wellpromised/Aran agentliyi

 Gürcüstan Müsəlmanları Idarəsi yenicə yaradılsa da, artıq adı ətrafında xeyli müzakirələrə yol açıb. Məsələyə həm Gürcüstandakı bəzi soydaşlarımız, həm də Azərbaycanın xarici işlər naziri səviyyəsində açıqlamalar verilib.

Bu açıqlamalarda da əsasən müəyyən narahatlıqlar ifadə olunub ki, məlum qurumu yaratmaqla bugünə qədər eyni məsciddə namaz qılan müsəlman icmanı bölməyə çalışırlar. İmam, şeyx, müfti seçirlər. XIN başçısı Elmar Məmmədyarov da gürcü həmkarı ilə söhbətində məsələdən narahatlığını bildirib. “Mən həmkarıma demişəm ki, bu məsələ hansısa xoşagəlməz nəticəyə gətirib çıxara bilər” - deyən E.Məmmədyarov, dinin önəmli və incə məsələ olduğunu bildirib.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğlu hesab edir ki, məlum idarənin yaradılması Azərbaycanda son illər Islama qarşı aparılan prosesin məntiqi nəticəsidir: “Gürcüstan Müsəlmanları Idarəsinin yaradılmasının səbəbləri haqqında mətbuatda köşə yazısı ilə çıxış etmişəm və geniş təhlillərimi vermişəm. Bir daha qeyd edim ki, Azərbaycanda son üç ildə Islama qarşı aparılan prosesin nəticəsidir. Müsəlmanların, inanclı kəsimin Qurandan gələn hüquqlarını qorumasını təmin etməyən Qafqaz Müsəlmanları Idarəsinin nüfuzu bu cür aşağı endirilməli idi. Bu, Azərbaycanda Islam diniylə bağlı aparılan yanlış siyasətin acı və kobud nəticələrindən biridir”.

Hələ də gec olmadığını deyən I.Ibrahimoğlu hesab edir ki, inanca olan məlum münasibət təcili olaraq dəyişdirilməlidir: “İlk olaraq hicabın sərbəstliyi bərpa edilməlidir. Hicabla bağlı həbs olunan vicdan məhbusları azadlığa buraxılmalıdır. Bunlar olmayanca, Azərbaycan müsəlman ölkəsi olaraq həm Qafqazda, həm də bütün dünyada nüfuzunu itirə-itirə gedəcək”.

Gültəkin, "Azadlıq" qəzeti

  

  • Yazılıb
  • da (də) 2011 Jun 18