ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin vətəndaşı Amanda Eriksonun iyunun 16-da Bakıda döyülməsinə münasibət bildirib.
wellpromised/Aran agentliyi
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin vətəndaşı Amanda Eriksonun iyunun 16-da Bakıda döyülməsinə münasibət bildirib.
SalamNews-un məlumatına görə, səfir Metyu Brayza jurnalistlərə açıqlamasında deyib ki, ABŞ səfirliyi sözügedən cinayətin üstünün tezliklə açılmasını istəyir: “Biz səfirlik olaraq ABŞ vətəndaşlarının qayğısına qalmaq, o cümlədən onların təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni əsirgəmirik. Biz bu cür çirkin cinayətin üstünün açılmasını istəyirik. Bu arzuolunmaz hadisəsidir və bu cür hallar dünyanın bütün ölkəsində baş verə bilər. Ümüd edirik ki, bu cinayəti törədənlər tapılaraq cəzalarını alacaqlar”.
Xatırladaq ki, iyunun 16-da ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin naməlum şəxslər tərəfindən döyülməsi faktı üzrə Yasamal rayon Polis İdarəsinin 26-ci polis bölməsində təhqiqata başlanılıb. Zərərçəkənlərdən biri Amanda Erikson bir müddət “New-York Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir.