Tarix : 2011 Jun 18
Kod 23445

AR və Rusiya Qəbələ RLS barəsində razılaşacaqmı?

Azərbaycan Respublikasının bəzi mediaları Qəbələ RLS-in icarə müddətinin uzadılması barəsində bu ölkənin Rusiyaya şərtlər təyin etdiyini bildiriblər
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikasının bəzi mediaları Qəbələ RLS-in icarə müddətinin uzadılması barəsində bu ölkənin Rusiyaya şərtlər təyin etdiyini bildiriblər.

Bakıdakı yerli mənbələrin məlumatına əsasən, Azərbaycan Respublikası hökuməti bu stansiyanın icarə qiymətinin artırılmasını istəməklə yanaşı bu məkanda ekoloji təhlükələrin minimuma endirilməsi, onun ətrafında məskunlaşmış insanlara dəyən zərərə görə müəyyən vəsaitin ödənilməsi, bu stansiyada azərbaycanlı hərbçilərin sayının artırılması və onun xidmət bölmələrinin azərbaycanlılara tapşırılmasını şərt kimi irəli sürüb.

Bundan öncə də, bəzi AR mediaları Azərbaycan və Rusiya rəsmilərinin Rusiyanın Qəbələ RLS-dən istifadəsi və onun müddətinin artırılmasına dair gizli müzakirələrindən xəbər veriblər.

Bir müddət öncə APA İnformasiya Agentliyi məlumatlı hərbi mənbəyə istinadən 2012-ci ildə Qəbələ RLS-in icarə müddətinin sona çatmasına toxunaraq qeyd edib ki, Rusiya Azərbaycan Respublikası ilə müqaviləni imzalamaq ardıncadır. Belə ki, bu stansiyadan istifadə üçün yeni hüquqi mövqeyi əldə etsin.

Bu elə bir haldadır ki, son vaxtlar Qafqaz bölgəsinin bəzi mətbuatı, o cümlədən Tiflisdə çıxan Axali Taoba qəzeti ifşa edib ki, Rusiya Ermənistanda 102 saylı hərbi bazaya hərbçi və silah-sursat göndərmək üçün təxminən üç ildir ki,Azərbaycan Respublikasının hava zolağından istifadə edir.

Rusiya 2010-cu ildə Ermənistanda 102 saylı hərbi bazadakı iştirak müddətinin uzadılmasına dair anlaşmada Ermənistanın təhlükəsizliyini dəstəkləməyi öhdəsinə götürüb.

Rusiya SSRİ dağıldıqdan sonra icarə ödəyərək Qəbələ RLS-dən istifadə edir. 2002-ci ildə bu stansiyanın icarə müqaviləsi 10 il müddətinə uzadıldı. Habelə bu stansiyada təxminən 10 erməni əsilli zabitin fəaliyyətinin ifşa olunması ictimai tənqidlərlə üzləşmişdir.

Azərbaycan Respublikası vətəndaşları və bəzi partiyalar bu müqavilənin imzalanmasının yalnız maliyyə mənafeyi olduğunu bildirirlər.

Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin müşaviri Vəfa Quluzadə ötən ilə ANS Presslə müsahibədə deyib ki, bu stansiyanın fəaliyyəti bölgə əhalisi üçün zərərlidir. Son illərdə bu ərazidə dünyaya gələn körpələrin əksəriyyəti xəstədir. Bu stansiya ətrafında yaşayan insanlar bir çox müxtəlif xəstəliklərə düçar olurlar.

Quluzadə bildirib ki, bu stansiyanın fəaliyyətinin Azərbaycan Respublikasına heç bir xeyri yoxdur. Buna görə də bu məsələnin həlli yolu onu bağlamaq və dağıtmaqdır.

Qeyd etmək lazımdır ki, Rusiya 2005-ci ildə Qəbələ RLS-də fəaliyyət göstərən 110 azərbaycanlı mütəxəssis və texniki işçini bu stansiyadan çıxarıb.

2007-ci ilin yayında Rusiya səkkizlər qrupuna üzv ölkələrin dövlət başçılarının iclasında qəyyumluqla və Bakı ilə məsləhətləşmədən ABŞ-ın Çexiya Respublikası və Polşada Raket Əleyhinə Müdafiə sisteminin yerləşdirilməsinə göz yumması şərti ilə Vaşinqtona AR-dakı Qəbələ RLS-dən birgə istifadə təklifini verdi. Lakin təklif ABŞ tərəfindən qəbul olunmadı.

SSRİ dövründə inşa olunmuş Qəbələ RLS Azərbaycan Respublikasının şimalında Qəbələ şəhəri yaxınlığında yerləşir. Bu stansiya Yaxın Şərq, Hind yarımadası, Şimali Afrika və hətta Avstraliyanın şimalında atılan raketləri izləmə qabiliyyətinə malikdir.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 18