Tarix : 2011 Jun 18
Kod 23446

Azərbaycanda missionerlərin fəaliyyəti artır

Azərbaycan Respublikası hakimiyyətinin bir İnformasiya Agentliyi bu respublikada xarici vətəndaşların daşınmaz əmlak alma faktlarının çoxalmasından xəbər verib
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikası hakimiyyətinin bir İnformasiya Agentliyi bu respublikada xarici vətəndaşların daşınmaz əmlak alma faktlarının çoxalmasından xəbər verib. Siyasi müşahidəçilərin fikrincə bu alış-veriş ən çox missionerlər tərəfindən həyata keçir.

Azərbaycan Respublikasında missionerlərin çoxalması isə bu ölkə müsəlmanlarının nigarançılığına səbəb olub.

Sionist rejim və Qərb ölkələrinin himayəsi ilə respublikada fəaliyyət göstərən missioner təriqətlər, həmçinin ərəb ölkələrinin dəstəyi ilə nüfuza çalışan vahhabi firqəsinin missionerləri tam azadlıqla fəaliyyətlərini davam edirlər.

Azərbaycan Respublikasının dindar və müsəlman kəsiminin etirazlarına baxmayaraq, indiyə qədər vahhabi firqəsi və digər missionerlərin fəaliyyətində zərrə qədər məhdudiyyət hiss olunmur.

Respublika xalqının etirazlarına rəğmən bu qəbildən olan missionerlər haqda ciddi tədbirlər görülməyib.

Azərbaycan Respublikası parlamentinin nümayəndəsi N.Quliyeva bu haqda deyib: Ölkə əhalisinin əksər hissəsinin müsəlman olmasına baxmayaraq, missioner qruplar təkcə paytaxt Bakıda deyil, həm də ölkənin müxtəlif rayonlarında tam sərbəst fəaliyyət göstərirlər.

Həqiqət bundan ibarətdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) başda olmaqla hakimiyyətə bağlı dini təşkilatlar yalnız şiələri məhdudlaşdıra biləcək tədbirlər görürlər.

Bəzi ekspertlərin fikrincə belə bir mövqeyə səbəb sionist rejimin dövlət orqanlarına, xüsusilə də DQİDK-nə olan güclü nüfuzudur.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 18