Roman Silantyev: ''Səfər mübadilələri Qarabağ məsələsinin həllində yeni mərhələnin yaranmasına kömək edəcək''
wellpromised/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Provoslav Kilsəsi (RPK) hesab edir ki, Qafqaz Müsəlmanlarının rəhbəri Şeyxülislam Allahşükür Paşazadə və İrəvanın Apostol Kilsəsinin rəhbəri İkinci Qareqin arasında səfər mübadilələri Qarabağ məsələsinin həllində yeni mərhələnin yaranmasına kömək edəcək.
«Hazırda biz, noyabrın 28-də İrəvanda keçiriləcək MDB ölkələri dinlərarası şurasının rəyasət iclasına hazırlaşırıq. Qareqinin Bakıya gəldiyini kimi, Şeyxin də İrəvana səfəri tarixi addımdır», - deyə RPK-nin Dinlərin Coğrafiyası Mərkəzinin Kilsə və Cəmiyyət şöbəsinin direktoru Roman Silantyev bildirib. O həmçinin bu görüşün «çox çətin və əzablı hazırlıq» tələb etdiyini bildirdi: «Aydındır ki, qarışıqlıq baş verə bilər. Buna görə də işə maksimum ciddiliklə yanaşmaq lazımdır».
R.Silantyev həmçinin müzakirələrin normal getdiyi təqdirdə konfliktlərin həlli yönündə yeni mərhələnin başlaya biləcəyini deyib: «Dini diplomatiyanın hadisələrdə rolu get-gedə böyüyür. Təkcə Postsovet məkanında deyil, dünyanın hər yerində ruhani liderlərin səsi hər gün daha güclü eşidilir».