Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub
well/Aran agentliyi
Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nemət Pənahlı 6 il, Ceyhun Fərzəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.