Tarix : 2011 Jun 18
Kod 23451

Hicab qadağası əleyhinə etirazlar yeni mərhələyə daxil olub

Bakının bəzi rayonlarında mənzillərin qapılarına Təhsil naziri Misir Mərdanovun orta məktəblərdə hicabın qadağasına dair göstərişi əleyhinə vərəqələr paylanılıb
well/Aran agentliyi

Bakının bəzi rayonlarında mənzillərin qapılarına Təhsil naziri Misir Mərdanovun orta məktəblərdə hicabın qadağasına dair göstərişi əleyhinə vərəqələr paylanılıb.

Vərəqələrdə Təhsil nazirinin şəkli üzərindən xətt çəkilib. Yazılıb ki, «hər bir kəsin öz inancına uyğun olaraq geyinmək və təhsil almaq hüququ var, ancaq bu hüquq kobudcasına pozulur».

Bakı şəhəri Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məktəblərdə hicab qadağası ilə bağlı deyib: «Ölkədə təhsil haqqında qanun, bu qanunda məktəbli forması ilə bağlı xüsusi maddə var. Bu məsələ ilə bağlı mövqeyimizi açıqlamışıq».

Ötən ilin sonunda məktəblilərin dərsə məktəbli formasında gəlməsinin tələb olunması dindarların narazılığına səbəb olub, nazirlik qarşısında aksiyalar keçirilib.

Bir müddət əvvəl isə Bakının müxtəlif yerlərində hicabı dəstəkləyən plakatlar yapışdırılıb.

Məlumatlı mənbələr Prezident İlham Əliyevin hicab qadağası nəticəsində Azərbaycan Respublikasında yaranməş köklü ictimai-siyasi böhrandan yaxa qurtarmaq istəyindən xəbər versələr də sionist rejimə sıx bağlanmış dairələr hicab qadağasının ləğvinə mane olurlar.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 18