Tarix : 2011 Jun 19
Kod 23454

Bakıda hər zaman partlayış gözlənilir

Hakim Yeni Azərbaycan Partiyasından müxalif İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” kinoteatrının qarşısında sanksiyalaşdırılmamış mitinq keçirmək qərarına münasibət bildirilib
well/Aran agentliyi

Hakim Yeni Azərbaycan Partiyasından müxalif İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” kinoteatrının qarşısında sanksiyalaşdırılmamış mitinq keçirmək qərarına münasibət bildirilib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, İctimai Palata iyunun 19-da heç nəyə nail ola bilməyəcək: “Üç-dörd adam aksiya keçirməyə cəhd göstərəcək və bununla da hər şeyi yekunlaşdıracaqlar. Hər zaman olduğu kimi iyunun 19-da da polis qanunun keşiyində dayanacaq və Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi yerdə qanunsuz aksiyanın keçirilməsinin qarşısı qətiyyətlə alınacaq”.

YAP rəsmisi hesab edir ki, İctimai Palata məqsədli şəkildə Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi yerdə mitinq keçirməyə cəhd edir… Amma o həm də qorxur və qorxduğu üçün deyir: “Başqa yerdə aksiya keçirilərsə, dələduzun biri gəlib bir qumbara, bomba atıb nəsə edər. Ona görə də dövlət başqa yerdə təhlükəsizliyə təminat verə bilmir.” Demək, Bakıda stabillik yox imiş və istənilən vaxt partlayış baş verı bilər.

Musavat.com-dan: Qeyri-ciddi açıqlamaları ilə məşhur olsa da, Siyavuş Novruzovun ağzı faldır (yaxud da bəzi informasiyalara çıxışı var), 2 aprel mitinqindən öncə də o, təxribat ola biləcəyini demişdi, elə də oldu. Sifəti təhlükəsizlik kameralarına aydın şəkildə düşən "naməlum təxribatçı" bankın vitrinin sındırıb qaçdı, arada müxalifətçiləri həbs etdilər.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 19