Rusiya Dövlət Dumasının təsdiq etdiyi sənədə əsasən Rusiya bazasının Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb
well/Aran agentliyi
Rusiya Dövlət Dumasının təsdiq etdiyi sənədə əsasən Rusiya bazasının Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb
Rusiya Dövlət Dumasının təsdiq etdiyi sənədə əsasən Rusiya bazasının Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.
BBC.com saytının verdiyi xəbərə görə, müvafiq sənəd Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı imzalanıb.
Sənədi təqdim edən Rusiya Dövlət Dumasının MDB məsələləri Komitəsinin sədri Aleksey Ostrovski, protokolun, "müstəsna əhəmiyyətini ” qeyd edib.
“Rusiya hərbi bazasının olması Rusiya ilə Ermənistan arasında ölkələrimizin, o cümlədən, Qafqaz bölgəsində təhlükəsizliyinin təmin edilməsi məsələlərində qarşılıqlı əlaqələrin ayrılmaz hissəsidir”, - deyb Ostrovski.
Lakin Gümrü bazası Moskvadan fərqli olaraq qonşu ölkələrdə təhlükəsizlik "qarantı" kimi görülmür.
Bakıda Rusiya-Ermənistan hərbi əməkdaşlığına etiraz edərək bazanı bölgənin hərbi tarazlığına hədə hesab edirlər. Burada qeyd edilir ki, müqavilə Ermənistanın müasir silah və hərbi texnika ilə təchizatını nəzərdə tutur.
Gümrü bazası, Rusiyanın maraqlarını müdafiə etmək funksiyasından başqa, erməni silahlı qüvvələri ilə birlikdə həm də Ermənistanın təhlükəsizliyini təmin edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi sənədin parlamentə göndərilməsi vaxtı Rusiyanın öz öhdəliklərinə əməl edərək silahın Azərbaycana qarşı işlədilməyəcəyinə dair ümidini bildirib.
Gürcüstan hərbi təhlilçiləri hesab edirlər ki, bu baza ölkəyə qarşı "Rusiya təcavüzü" olarsa təchiz məntəqəsi kimi istifadə oluna bilər. Bununla bağlı Rusiya-Gürcüstan müharibəsindən sonra Tbilisi Ermənistana hərbi yüklərin tranzitini qadağan edib.
Protokola əsasən, tərəflərdən heç biri müqavilənin növbəti müddəti başa çatmazdan 6 ay qabaq müqavilədən çıxmaq niyyətində olduğu haqqında müqabil tərəfi yazılı surətdə xəbərdar etməzsə, müqavilənin qüvvədə qalması müddəti avtomatik olaraq növbəti 5 il müddətinə uzadılır.
Ermənistanın şimalında Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Müstəqil Dövlətlər Birliyinin birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi növbətçilik edir.
Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsinin Zaqafqaziya qoşun qrupuna tabe olan baza S-300 zenit-raket kompleksi və MiQ-29 qırıcı təyyarələrlə təchiz olunub. Hissənin şəxsi heyətinin sayı, bəzi mənbələrə əsasən, 3,5 min, digərlərinə görə isə 5 min nəfər təşkil edir.
Ermənistan parlamenti protokolu bu ilin aprel ayında ratifikasiya edib.