Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabah 19 iyunda Bakıda hər cür icazəsiz aksiyanın qarşısı alınacaq mesajına İctimai Palatadan cavab verilib
well/Aran agentliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabah 19 iyunda Bakıda hər cür icazəsiz aksiyanın qarşısı alınacaq mesajına İctimai Palatadan cavab verilib.
İctimai Palatanın üzvü Müsavat Partiyasının sədri Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına belə cavab verib:
"Gücləri çatsaydı, müxalifəti çoxdan sıradan çıxarardılar"
Yeni Müsavat qəzeti vasitəsilə fikirlərini bildirən İsa Qəmbər hakimiyyət təmsilçilərinin Gürcüstandakı kimi aksiyaların yatırılmasına dair xəbərdarlıqlarına da münasibət bildirib:
"Gürcüstan variantı" bugünkü kontekstdə azadlıq, sərbəst toplaşma azadlığı deməkdir. Ona görə də hakimiyyət nümayəndələri "Gürcüstan variantı"nı yada salmaqla yanlışa yol veriblər."