well/Aran agentliyi
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə şənbə günü döyüş qırıcı təyyarələri planlaşdırılmış təlim məşqləri keçirib. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər. Bir neçə gün öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq Meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.
Qırıcı təyyarələr də manevrlər ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev öncə Trend-ə bildirib ki, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri planlaşdırılmış təlim uçuşları keçirir. Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi gözlənilir.
Bizimxeber.com