1987-ci ildə o, əksəriyyəti ailə üzvləri olan 15 adamla birlikdə 4 nəfəri qətlə yetirmişdi
well/Aran agentliyi
1987-ci ildə o, əksəriyyəti ailə üzvləri olan 15 adamla birlikdə 4 nəfəri qətlə yetirmişdi.
Hindistanın ən qoca məhbusu - 108 yaşlı kahin Bric Bihari Pandey dünən azadlığa çıxıb. O, ölkənin şimalındakı Uttar-Pradeş ştatının inzibati mərkəzit Lakhnaudan 300 km aralıda yerləşən Qorakhpur şəhər həbsxanasında 2 il keçirmişdi.
"Reuters" bildirir ki, Kahinin azad edilməsi humanitar səbəblərlə bağlıdır: həbsxana şəraitində 108 yaşlı qocanı saxlamaq mümkün deyil.
Kamera yoldaşlarının "Baba" dedikləri Bric 24 il əvvəl törətdiyi cinayətə görə 2009-cu ildə həbs olunmuşdu. 1987-ci ildə o, əksəriyyəti ailə üzvləri olan 15 adamla birlikdə 4 nəfəri qətlə yetirmişdi.
Baba həbsxanaya düşəndən iki gün sonra vəziyyəti pisləşib. Onun durumu o qədər ağır idi ki, kahinə hər gün zülal inyeksiyası olunurdu.
Pandey həbsxanada azad olacağı, evini və ibadət edəcəyi yeri görəcəyi günü arzuladığını deyirdi.
Azad olunduğunu eşidəndə Baba gülümsəyib. Son aylar çarpayıdan qalxa bilməyən 108 yaşlı kahinin gözləri yaşarıb. Kamera yoldaşları onun boynuna çiçək çələngi asıblar, Baba isə "Allah böyükdür!" deyib.