Suriyanın Hələb şəhərinin valisi Türkiyədən bu ölkəyə silah gətirildiyini bildirib...
well/Aran agentliyi
Suriyanın Hələb şəhərinin valisi Türkiyədən bu ölkəyə silah gətirildiyini bildirib.
Türk dilində çıxan Gazete 5 internet saytının məlumatına görə, Hələb şəhərinin valisi Əhməd Əli Mənsurə Türkiyədə çıxan Hürriyet qəzetinə verdiyi açıqlamada Cisrül Şəğurda baş verən silahlı qarşıdurmada Suriyanın 120 polisinin həlak olmasına işarə edərək deyib: Bu qarşıdurmada istifadə edilən silahlar bir neçə ölkədən o cümlədən, Türkiyədən Suriyaya idxal olunub.
O, müsahibənin digər hissəsində Suriyada gedən hadisələri imperialistlərin planı sayaraq deyib: Suriya hakimiyyəti heç bir zaman dinc aksiyaların əleyhinə olmayıb.
Əhməd Mənsurə İngiltərə və ABŞ-ın Türkiyədəki səfirlərini ölkənin Hatay sərhəd məntəqəsinə səfər edib bu məntəqə ilə bağlı araşdırmalar aparmalarına toxunaraq deyib: Sözü gedən ölkələr bu hadisələrdən xəbərdar imişlər. Lakin bəzi problemlərə baxmayaraq Suriyada sakitlik hökm sürür.
Suriya Hələb şəhərinin valisi Suriya vətəndaşlarından bir qrupunun Türkiyəyə daxil olmasına işarə edərək deyib: Bu şəxslərin arasında terrorçu dəstələrdən asılı ünsürlərin olması ehtimal olunur. Buna baxmayaraq, türk rəsmilərindən bu suriyalı qaçqınların Suriyaya qayıtması istənilib. Lakin bu haqda konkret bir cavab əldə olunmayıb.