Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda ABŞ vətəndaşı Amanda Erikson və İngiltərə vətəndaşı Celia Deyviesin döyülməsi ilə bağlı “xuliqanlıq maddəsi” ilə cinayət işinin açıldığını bildirib
well/Aran agentliyi
Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda ABŞ vətəndaşı Amanda Erikson və İngiltərə vətəndaşı Celia Deyviesin döyülməsi ilə bağlı “xuliqanlıq maddəsi” ilə cinayət işinin açıldığını bildirib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Devies və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri ilə bağlı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd etmək lazımdir ki, Amanda Erikson bir müddət “New-York Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir.
Xatırladaq ki, ABŞ Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Jon Elvis uşaqbazlığa və digər tipli əxlaqsız hərəkətlərə yol verdiyi üçün bir neçə il əvvəl Bakıda qətlə yetirilmişdi.
2008-ci il fevralın 27-də isə Bakıda ingiltərəli manyak O`Brayan Patrik həbs olunmuşdur