Tarix : 2011 Jun 19
Kod 23479

Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi üzvünün qohumları təqib edilir

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bakı nümayəndəliyindən verilən xəbərə əsasən, Azərbaycan Respublikasında Hicab ...
well/Aran agentliyi

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bakı nümayəndəliyindən verilən xəbərə əsasən, Azərbaycan Respublikasında Hicab Qadağası ardınca başlayan repressiyalar fonunda siyasi və dindar fəalların təqibi davam edir.

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bakı nümayəndəliyi vurğulayıb : “ Öz dini haqlarının müdafisinə qalxanlar şərlənərək həbs edilir, onlara hər vasitə ilə təzyiq göstərilir.”

Nümyəndəliyin mətbuat xidməti bildirir ki, Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin qadınlar şurasının sədri Südabə xanım İbrahimlinin Lənkəran şəhərində yaşayan yaxın qohumları dövlət güc strukturları tərəfindən ciddi təzyiqlərlə qarşılaşıb.

Hazırda Müqəddəs Məşhəd şəhərində yaşayan Südabə xanım İbrahimli Azərbaycan dini kəsiminin fəal insanlarındandır.

Hicab qadağasından sonra Südabə xanım bu qadağanın aradan qaldırılması istiqamətində fəal mübarizəyə qalxmışdır.

20 fevralda Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında etiraz aksiyasına qatılan Südabə xanım İbrahimli öz fəaliyyətlərini ardıcıl şəkildə davam etdirmiş, 6 martda İngiltərənin "İslamic Human Rights Commission" (İslami İnsan Haqlarının Müdafiə Komitəsi) təşkilatının İstambulda keçirdiyi “Azərbaycanda İslamafobiya” konfransına qatılmlşdır.

Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, İndoneziya, Malayziya, Amerika, Kanada, İran, İngiltərə, Almaniya, Fransa, Cənubi Afrika və Türkiyənin bir neçə hüquq-müdafiə təşkilatı da iştirak edib.

Südabə xanım Mübariz Ruhanilər Cəmiyyəti Ali Şurasının üzvü ilahiyyatçı alim Tohid İbrahimbəylinin anasıdır. Tohid İbrahimbəyli Azərbaycan Respublikasında dini fəaliyyətlərinə görə dəfələrlə həbs edilmişdir.

Hazırda mülki geyimli şəxslər Südabə xanım İbrahimli, onun həyat yoldaşı Alim İbrahimlinin Lənkəran şəhərində yaşayan yaxın qohumlarına ciddi təzyiq göstərir, onlardan tələb edirlər ki, hazırda Məşhəddə yaşayan İbrahimlililər ailəsi Azərbaycan Respublikasına gəlməsinlər, öz dini fəaliyyətlərini dayandırsınlar.

Bununla bağlı Südabə xanım İbrahimli bildirib: “Hicab Qadağasının arxasında dayanan qüvvələr ibtidai insan haqlarını ayaq altına alaraq yaxın qohumlarımı incidirlər. Bir dəfə “nə üçün xaricdə oturub Azərbaycanın işinə qatışır”, “o biri dəfə “Azərbaycana gəlməsin” deyirlər. Bu yazıqlar hələ anlamırlar ki, əqidə mübarizəsi sərhəd tanımır. Əvvəla mənim oğlum Tohid hələ hicab qadağasından əvvəl Azərbaycanda fəal dini fəaliyyətlərinə görə dəfələrlə həbs edilib. İkincisi, nə üçün İslam düşməni olan və Bakıya sığınan iranlılar, hətta Sabir Rüstəmxanlı kimi anti-islamçılar İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirə bilər, biz Tehranda, İstambulda öz haqq sözümüzü deyə bilmərik?”

Sudabə İbrahimli əlavə edib :” 70 il sovet dönəmində dini əqidəsini qorumuş xalq onu heç bir halda tərk etməyəcək. Bizim yolumuz şəhadətdir. Biz dünyanın hər yerinə - Bakıya, İstambula, Moskvaya, Londona, bir sözlə hər yerə gedəcək, hər yerdə səsimizi qaldıracağıq. Amma bu fəaliyyətlərimizlə heç bir əlaqəsi olmayan yaxın qohumların incidilməsi mövcud rejimin zəifliyini, yolunu nə qədər çaşdığını göstərir. Onların hicab qadağasını ləğv etmək, hicab məhbuslarını azadlığa buraxmaq əvəzinə vəziyyəti hər gün daha da gərginləşdirirlər. Analmırlar ki, onlar dindarları izlədikləri kimi Allahın da qəzəbi onları izləyir. Bir gün hökmən peşman olacaqlar. Amma vaxtı ötəndən sonra nə faydası?”

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 19