Tarix : 2011 Jun 19
Kod 23482

Bakıda mitinq həyəcanı

Elmlər Akademiyası'' metrostansiyasının ətrafında gənclərin aksiyası ehtimal olunduğu üçün polislər bir neçə gənci saxlayıblar
well/Aran agentliyi

Elmlər Akademiyası" metrostansiyasının ətrafında gənclərin aksiyası ehtimal olunduğu üçün polislər bir neçə gənci saxlayıblar.

Müsavat fəalları metronun "Gənclik" stansiyası yaxınlığında 5 dəqiqəlik aksiya keçiriblər. Aksiya iştirakçılarından saxlanılan var.

Metronun "Sahil" stansiyasının yaxınlığı və Sahil bağı polis nəzarətinə götürülüb.

"Nərimanov" kinoteatrının qarşısına müxalif İctimai Palatanın təyin etdiyi mitinqi Bakı Şəhər İcra Hakimiyyəti mitinqi sanksiyalaşdırmadığına görə ərazi polis nəzarətində olub.

"Nərimanov" metro stansiyasının ətrafında bir qrup qadın şüar səsləndirib. Polis bir neçə qadını saxlayıb.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 19