Tarix : 2011 Jun 19
Kod 23483

Azərbaycan Ordusunun baş leytenantı özünü öldürüb

Azərbaycan Müdafiə Nazirliyinin zabiti intihar edib. Bu barədə APA-ya Şəki Rayon Polis Şöbəsindən məlumat verilib
well/Aran agentliyi

 

Azərbaycan Müdafiə Nazirliyinin zabiti intihar edib. Bu barədə APA-ya Şəki Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə bu gün səhər saat 06.00 radələrində Şəki şəhərində qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissəsinin taqım komandiri, baş leytenant Anar Malik oğlu Məhərrəmov yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti bu gün səhər ailə üzvləri tərəfindən aşkarlanıb. Zabitin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

APA

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 19