Tarix : 2011 Jun 20
Kod 23498

İsveçdə Azərbaycan müxalifətinə dəstək akslyası

Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçiri
well/Aran agentliyi

HaqqYolu - Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçirib. Bu barədə “Azadlıq” radiosuna İsveçdə yaradılan müxalif İctimai Palatanın işçi qrupunun üzvü Əli Ağayev məlumat verib.

Aksiyasının məqsədi iyunun 19-da Bakıda İctimai Palatanın planlaşdırılan aksiyasına dəstək vermək olub. Bu, İsveçdə Azərbaycan səfirliyi qarşısında keçirilən ilk aksiyadır. Aksiyaya 150 nəfərdən çox iştirakçı qatılıb.

Aksiyanın sonunda səfirliyə qətnamə təqdim olunub.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 20