Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçiri
well/Aran agentliyi
HaqqYolu - Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçirib. Bu barədə “Azadlıq” radiosuna İsveçdə yaradılan müxalif İctimai Palatanın işçi qrupunun üzvü Əli Ağayev məlumat verib.
Aksiyasının məqsədi iyunun 19-da Bakıda İctimai Palatanın planlaşdırılan aksiyasına dəstək vermək olub. Bu, İsveçdə Azərbaycan səfirliyi qarşısında keçirilən ilk aksiyadır. Aksiyaya 150 nəfərdən çox iştirakçı qatılıb.
Aksiyanın sonunda səfirliyə qətnamə təqdim olunub.