Tərəflər regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıb
well/Aran agentliyi
Ötən gün (19 iyun) İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. FaktXeber.com-un Azərbaycan prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından danışıblar. Telefon söhbəti zamanı həmçinin ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb