Azərbaycan Respublikasında prezident İlham Əliyev islamçı və partiyalar tərəfindən təzyiq altındadır
well/Aran agentliyi
Azərbaycan Respublikasında prezident İlham Əliyev islamçı və partiyalar tərəfindən təzyiq altındadır. Bu partiyalar ölkədə sivil azadlıqların təmin edilməsini və azad , ədalətli seçkilərin keçirilməsini tələb edirlər.
Məsələnin maraqlı cəhəti ondan ibarətdir ki , qərbyönümlülərdən fərqli olaraq islamçı qüvvələr geniş sosial bazaya malikdirlər. Bunu iki dəfə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya da sübut elədi . Bu arada islamçıların qüdrətlənməsindən vahiməyə düşən Qərb dövlətləri laikçi Müsavat və AXCP partiyalarını alternativ müxalifət olaraq gücləndirməyə və ya ən azı siyasət səhnəsində saxlamağı vacib məsələ hesab edirlər.
Bakıda ATƏT-in ofisində partiya liderləri ilə Qərb diplomatları arasında keçirilən mütəmadi görüşlər bu həqiqətə dəlalət edir. Rəsmi Bakı isə baş verənlərdən qəzəblənir. Buna baxmayaraq Qərb dövlətlərinin öz taktikalarını bundan sonra da davam etdirəcəyi güman edilir.
Müşahidələr göstərir ki , hökumət Qərbin bu taktikasından xəbərdar olaraq müxalifətin aksiyasına imkan verməyəcək və lazımi məhdudiyyətləri tətbiq edəcəkdir. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev son çıxışlarının birində qərbyönümlü müxalifətin xaricilər tərəfindən öyrədildiyini bildirmişdi. Bununla belə sirr deyil ki , Azərbaycan Respublikasının daxilində ciddi problemlər hökm sürür , parlament seçkilərinin hansı keyfiyyətində keçirilməsi , iqtisadi fəaliyyətlərin inhisara alınması , Qarabağ probleminin 18 ildən sonra hədə də öz həllini tapmaması , korrupsiya və rüşvətxorluğun ciddi bir epidemiyaya çevrilməsi , dini zəmində ölkənin şiə əhalisinə qarşı təzyiqlərin davam etməsi və hicab probleminin qüvvədə qalaraq hicab fəallarının məhbəsə atılması ölkədə narazılıq yaradan amillər sırasındadır. Bunların həlli üçün yol axtarılmalıdır.