Azərbaycanlı din qardaşlarımıza kömək etmək üçün bütün səylrimizi göstərəcəyik.
well/Aran agentliyi
“Arannews”in verdiyi xəbərə əsasən, İmam Xomeyninin (rh) vəfatının ildönümü münasibətilə keçirilən mərasim İslam alimlərinin bir araya gəlməsi və İslam ölkələrinin problemlərindən xəbərdar olmaları üçün əlverişli fürsət idi. Bu məqsədlə mərasimdə iştirak edən bir çox İslam alimləri Azərbaycandan gəlmiş qonaqlarla söhbətlərində bu ölkədə yaranmış dini məhdudiyyətə qarşı öz narahatlıqlarını bildirmiş və bu məhdudiyyətlərə, xüsusilə təhsil ocaqlarında hicab qadağasına son qoymaq üçün onlarla əməkdaşlıq edəcəklərin demişlər.
Onların bəzilərinin nəzərlərinin xülasəsi belədir:
Əbdüləziz Abvdullah Əlqənai: Küveytli jurnalist
Müsəlman ölkəsi olan Azərbaycanda təhsil ocaqlarında hicabın qadağan olmasını pisləyirik. Bu çox əhəmiyyətli bir mövzudur. Çünki müsəlmanların başqa ölkələrdə də öz vacib əməllərini yerinə yetirməsinə mane olur. Bu qanun öz mədəniyyətini müsəlman ölkələrinə sırımağa və onları öz islami mədəniyyət və dəyərlərindən uzaqlaşdırmaq üçün çalışan qərb ölkələrinə yol açır. Biz haqqın qalib gələcəyinə əminik. İnşallah, alim və mütəfəkkirlər müsəlmanlara və bizim hamımıza hakim kəsilmiş zülmün kökünü kəsəcək və haqq batilə qələbə çalacaq. Əlimizdə olan bütün imkanlardan istifadə edərək haqqı bəyan edəcəyik və Azərbaycanda din qardaşlarımıza ən yüksək kömək etməyə çalışacağıq.
Yəhya Yəhya: Livan İctimai və Təhsil Xeyriyyə Cəmiyyətinin sədri
Azərbaycanlı qardaşlarıma tövsiyə edirəm ki, ümumi mediyadan daha çox istifadə etsinlər. Əlbəttə, dövlətlə qarşılaşmamağa çalışsınlar –istər silahla olsun, istərsə də qeyri silahla. Bunun əvəzinə xalqın qeyrət və duyğularını həyəcanlandıran ibarətlərdən istifadə etməyə çalışsınlar.
Bilin ki, Allah öz dininin və bəndələrinin köməkçisidir, amma qələbə səbr edənlərlədir. Allahdan istəyirəm ki, Özü sizə kömək olsun və işlərinizdə müvəffəq etsin. Sizin qadınlarınız bizim namusumuz, kişiləriniz də qardaşlarımızdır.
Əhməd Əli Ria: Tədqiqatçı və elmi işçi
Salam olsun Yer kürəsinin bütün nöqtələrində yaşayan, xüsusilə də öz şəri vəzifələrini; hicab və Quran əmrlərini yerinə yetiriməsi qadağan edilmiş məzlum müsəlmanlara!
Ey iman əhli! Bilin ki, dünyanın ən əhəmiyyətli nöqtəsi, insanın Allaha itaət etdiyi və Onun razılığını cəlb etmək istədiyi, Ona təvəkkül etdiyi yerdir. Bu, insanın söz və əməlində özünü göstərməlidir. Əgər belə olsanız, heç kəs sizə qalib ola bilməyəcək və qələbə sizinlə olacaq.
Məhəmməd Haşim: İordaniya Universitetinin professoru
Son vaxtlar Azərbaycanda baş verən hadisələr, xüsusilə də qadınların hicabı və onların bu barədə azad olmaması mövzusudan belə məlum olur ki, bunlar vəhabilərin bu ölkədə hüzuru və sələfi tərzi-təfəkküründən himayə etdiyi üçündür. Ona görə də bu məsələnin arxasında kimlərin dayandığını, əsas amillərin kim olmasını və bunu əsasən kimin dəstəklədiyini tanımaq lazımdır. Mənim nəzərimcə, qadını həbs etmək, onun ictimai həyatda iştirakının qarşısını almaq qərbdən daxil olmuş bir fikirdir. Və bu bir çox islami ölkələrdə öz nüfuzunu artırmaqda olan sələfilərin himayəsi ilə həyata keçir.
Ona görə də əsl İslam təfəkkürünü – qadını cəmiyyətin yarısı bilməsini və ona ictimai məsuliyyət tapşırmasını – genişləndirmək lazımdır.
Bu mövzunun ciddi şəkildə izlənilməsini və həyata keçməsini istəyirik.
Doktor Murad Əlrəvisi: TunisUniversitetinin professoru
Mütəal Allahdan istəyirik ki, İslam şüarlarını qorumaqda və hicab məsələsində tam azad olmaqda Azərbaycanlı bacı-qardaşlarımızı müvəffəq etsin.
İlahi, İslama yardamçı olanlara kömək et və bizi də onlardan qərar ver!
İlahi, İslamın zillətinə səbəb olanları zəlil et və bizi onlardan qərar vermə!
Murad Həcəbi: Pakistanlı alim və tədqiqatçı
Allah, sizin öz azadlıq üçün çəkdiyiniz zəhmət və səylərinizin savabını versin. Qələbə günü yaxındadır.