Misirin tanınmış müğənnisi Linda Fəhmi hicab örtdükdən sonra birdəfəlik sənəti ilə vidalaşıb
well/Aran agentliyi
Misirin tanınmış müğənnisi Linda Fəhmi hicab örtdükdən sonra birdəfəlik sənəti ilə vidalaşıb.
HaqqYolu-nun Shia-online-a istinadən verdiyi xəbərə görə, "Al-Faraeen" kanalının qonağı olan Linda Fəhmi bu barədə deyib: “Mən həmişə düşdüyüm vəziyyətə və geyim tərzimə görə özümü danlıayırdım. Bilirdim ki, Allah məndən razı deyil.”
Linda əlavə edib: “Hazırda hicab bağlayıram və birdəfəlik olaraq sənətimlə vidalaşmışam. Buna görə çox sevinirəm. Ötən illərə və düşdüyüm vəziyyətə görə peşmanam. Həmişə özümdən soruşurdum ki, çılpaq paltarlarla küçəyə çıxmaqla Axirətdə Allaha necə cavab verəcəyəm?”
O, bildirib: “Mən oxuyan zaman yüzlərlə qız-oğlanın oynamasını gördükdə utanırdım və bu suallar zehnimdə canlanırdı. Amma hazırda, Allaha həmd olsun, hər şey sona yetib və mən keçmiş işlərimdən əl çəkmişəm.”
HaqqYolu