Azərbaycan Respublikası Prezidenti Kazan görüşünü DQ məsələsinin həllində son şans adlandırıb
well/Aran agentliyi
Azərbaycan Respublikası Prezidenti Kazan görüşünü DQ məsələsinin həllində son şans adlandırıb.
Prezident İlham Əliyevin bununla bağlı Serj Sərkisiyana bu şansdan yararlanmaq təklifinə Ermənistandan reaksiyalar gəlib.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskaniyan Azərbaycan Respublikası prezidenti "nizamlanma əsasında ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinin dayandığına" dair açıqlamasına belə münasibət bildirib : "Birmənalıdır ki, əgər bunu Azərbaycan prezidenti deyirsə, o zaman faktiki olaraq bunu belə başa düşmək olar ki, öz müqəddəratını təyin etmə ərazi bütövüyü çərçivəsində olacaq."
Əliyevdən ayrı nəsə gözləmək, mən hesab edirəm ki, sadəlövhlük olardı", deyə Oskanyan bildirib.
Onun fikrincə Azərbaycan prezidenti belə deyirsə deməli, Ermənistan prezidenti Kazana getməzdən əvvəl xalqa hansısa izahat verməyə borcludur - təqdim olunan sənəd imzalanacaq, ya yox?
Oskanyana görə, hazırda xalqın sülhə hazırlanması məsələsi dayanır və bu məsələdə hakimiyyətin susqunluq nümayiş etdirməsi təəccüblüdür.