Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanın iyunun 19-da keçirdiyi mitinqlə bağlı bəyanat yayıb
well/Aran agentliyi
Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanın iyunun 19-da keçirdiyi mitinqlə bağlı bəyanat yayıb.
Partiyadan SalamNews-a daxil olan bəyanatında bildirilir ki, sözügedən "aksiyanın zorakılıqla dağıldılması, bir qrup aksiya iştirakçısının qanunsuz olaraq həbs edilməsi" Azərbaycan Milli İstiqlal Partiyasında kəskin etirazla qarşılanıb. "AMİP vətəndaşların Konstitusiyada və Beynəlxalq Konvensiyalarda təsbit olunan sərbəst toplaşmaq hüquqlarına hörmət göstərməsini və saxlanılan aksiyaçıların dərhal azadlığa buraxılmasını tələb edir".