well/Aran agentliyi
Bir neçə gün bundan əvvəl Neftçalada tətbiq olunan azan qadağası ləğv olub.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinə Neftçala dindarları məlumat verib.
Məlumatda bildirilir ki, artıq azan bütün məscidlərdən səsləndirilir və bununla bağlı problem həll edilmişdir.
Qeyd edək ki, azanla bağlı yaranan problem ilk olaraq Neftçalanın Xıllı qəsəbəsində yaranmışdı.
Daha sonra kənd və şəhər məscidlərində azanın səsgücləndirici vasitəsilə verilməsinə qadağa qoyulmuşdu.