Bakı Polisi və Prokurorluq bəyanat yayaraq 19 iyunda İctimai Palataya üzv qərbpərəst partiyaların aksiya keçirmək üçün cəhdlərini qeyri-qanuni sayaraq 80 nəfərin həbs olunduğunu bildirib
well/Aran agentliyi
Bakı Polisi və Prokurorluq bəyanat yayaraq 19 iyunda İctimai Palataya üzv qərbpərəst partiyaların aksiya keçirmək üçün cəhdlərini qeyri-qanuni sayaraq 80 nəfərin həbs olunduğunu bildirib.
Bəyanatda bildirilir ki, həbs olunanlardan 23 nəfəri ictimai asayişi pozmaqda və xuliqanlıq ittihamı ilə cinayət işinin açılması məqsədilə həbs edilib və qalanları azad olunub.
İctimai Palataya üzv qərbpərəst partiyalar, o cümlədən Müsavat və Xalq Cəbhəsi partiyalarının onlarla üzvü 19 iyunda Bakının bir neçə məkanında "azadlıq" şüarı verərək Bakı hökumətinin istefası və siyasi məhbusların azad olunmasını tələb edib. Lakin polis həbs etməklə və onları dağıdaraq aksiyanın formalaşmasına mane olub.
2 və 17 aprel aksiyalarının əksinə olaraq, İctimai Palatanın üzvlərinin bazar günü keçirdiyi aksiya şəhərin bir yerində keçirilmədi. Əksinə şəhərin bir neçə müxtəlif yerində keçirildi. Lakin bu aksiyaların heç birində aksiyaçıların sayı 100-dən artıq deyildi.
İP də polisi jurnalistlərlə kobud davranmaqda ittiham edərək həbs olunmuş 68 nəfərin adını açıqlayıb.
Bu məlumata əsasən aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə olunan hicaba dəstək aksiyalarının əksinə olaraq AR polisi bu aksiyalarda müxalifləri döyməyə əl atmayıb.
İctimai Palata 2010-cu il parlament seçkilərində saxtakarlığa etiraz əlaməti olaraq təsis olunan orqandır.
İctimai Palataya üzv qərbpərəst partiyalar bundan öncə də minlərlə nəfərlik aksiyanın keçirilməsini vəd etmişdilər. Lakin onların mənfi funksiyası və sosial bazaya malik olmaması, habelə güclü təhlükəsizlik tədbirləri belə bir vədin reallaşmasına mane olub.
Bu, İctimai Palataya üzv qərbpərəst partiyaların son üç ayda geniş ictimai aksiyalar keçirmək üçün 3-cü cəhdidir. Belə ki, bu partiyalar Azərbaycan Respublikasında yerləşən qərb qurumlarının nümayəndələri və səfirliklərinin dəstəyi ilə və Azərbaycan Respublikası prezidentinin istefasını tələb etmək məqsədilə təcili parlament seçkilərinin keçirilməsi və əsaslı islahatların aparılmasını istəyirlər.
Təxminən 10 gün öncə 20 qərb ölkəsinin diplomatları İctimai Palataya üzv qərbpərəst partiyaların nümayəndə və rəsmiləri ilə görüşüblər.