İctimai Palata bununla bağlı yaxın günlərdə bir araya gələcək, yeni aksiya gələn həftə ola bilər
well/Aran agentliyi
19 iyun aksiyasından sonra nəzərlər yenə də İctimai Palataya yönəlib. TİA.AZ xəbər verir ki, bu qurumda təmsil olunan partiyaların üzvləri yeni aksiya qərarının nə zaman veriləcəyini gözləyirlər.
Aldığımız məlumata görə, İP-in Koordinasiya Şurası yaxın günlərdə bir araya gələrək, 19 iyun aksiyasının nəticələrini müzakirə edəcəklər. Ardından da təkliflər hazırlayaraq, onu Palatanın ixtiyarına verəcəklər. Mitinqlə bağlı qərar isə həmin müzakirələrdə veriləcəyi gözlənilir.
Palatadakı mənbələrdən TİA.AZ-a çatan məlumata görə, yeni mitinq qərarı böyük ehtimalla bu həftə veriləcək. Aksiyanın keçiriləcəyi tarix isə ən azı iki həftəlik fasiləylə nəzərdə tutulacaq. Belə bir variantın seçilməsi isə daha yaxşı təşkilatlanma üçün nəzərdə tutulur. Mənbə qeyd edir ki, hazırda İP-in əsas istəyi aksiyaları artan temp üzrə inkişaf etdirməkdir.