Tarix : 2011 Jun 21
Kod 23515

QAÇQIN JURNALİSTLƏR BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin Qaçqın Jurnalistlər Departamenti beynəlxalq təşkilatlara, beynəlxalq jurnalist birliklərinə müraciət edib
well/Aran agentliyi

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin Qaçqın Jurnalistlər Departamenti beynəlxalq təşkilatlara, beynəlxalq jurnalist birliklərinə müraciət edib. Müraciətdə 20 iyunun dünyada qaçqınlara mənəvi dəstək günü kimi qeyd edildiyi xatırladılır: “Biz qaçqın jurnalistlərik və bu problemi ailəmizlə birgə yaşayırıq. Sizə müraciətimizin səbəbi odur ki, ata-babalarımıza məxsus olan yerlər, onların dəfn olunduğu məzarlıq  barədə dəqiq məlumat əldə etmək istəyirik. Çünki Ermənistanın işğalçılığı öz evimizə getməyə imkan vermir. 

Azərbaycanın işğal olunmuş bölgələrinə səfər etmək istəyirik. Biz valideyinlərimizin evinə getmək, evlərinin vəziyyəti barədə onlara məlumat gətirmək istəyirik. Bu işdə səlahiyyət və imkanlarınız daxilində yardımçı olmağınızı xahiş edirik”.

"Media forum"

  

  • Yazılıb
  • da (də) 2011 Jun 21