Tarix : 2011 Jun 21
Kod 23538

Rusiya duması 102 saylı baza haqda sazişi təsdiqlədi

Rusiyanın Dövlət Duması Ermənistandakı 120 saylı hərbi bazanın fəaliyyəti haqda imzalanmış sazişi ratifikasiya edib
well/Aran agentliyi

Rusiyanın Dövlət Duması Ermənistandakı 120 saylı hərbi bazanın fəaliyyəti haqda imzalanmış sazişi ratifikasiya edib.

Sazişə əsasən , Rusiya qoşunlarının nəzarətində olan 102 saylı Gumri bazası 2044-cü ilədək fəaliyyətini davam etdirəcək.

Bu hərbi bazada üç min hərbçi və modern hərbi texnika , o cümlədən S-300 raketləri və MİG-29 hərbi təyyarələri , eləcə də onlarla tank yerləşdirilib.

Qeyd etmək yerinə düşərdi ki , 2001- 2007-ci illər arasında Rusiya ordusu Gürcüstanın Axalkalaki və Batumi bazalarından çıxardığı hərbi texnikanı Ermənistana gətirmişdir.

2010-cu il avqustun 20-də Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı Gumri bazasının icarə müddəti uzadıldı.

Razılığa əsasən , Rusiya bu hərbi baza vasitəsilə Ermənistanı xarici təhdidlər qarşısında müdafiə edəcək.

Bir müddət öncə Gürcüstan mətbuatı faş etdi ki , Rusiya Gumri bazasına silah və şəxsi heyətin daşınması üçün Azərbaycan R-nın hava məkanından istifadə edir və rusları Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan marşrutundan məhrum olduqda bu alternativ yoldan istifadə etməyə başlayıblar.

Bəzi məlumatlara görə isə Ermənistanın sərnişin təyyarələri də Rusiyaya getmək üçün Azərbaycanın hava koridorundan istifadə edirlər.

Rəsmi Bakı bu məlumatları hələ indiyədək nə təsdiq , nə də təkzib edib.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 21