Azərbaycan R. və Ermənistan mediaları Kazanda keçiriləcək görüşün əhəmiyyətindən yazsalar da , bəzi ekspertlər bu görüşdən irəliyə doğru heç nə gözləmirlər
well/Aran agentliyi
Azərbaycan R. və Ermənistan mediaları Kazanda keçiriləcək görüşün əhəmiyyətindən yazsalar da , bəzi ekspertlər bu görüşdən irəliyə doğru heç nə gözləmirlər.
Siyasi analitik Fikrət Sadiqov Kazan görüşünün Həştərxan və Soçi görüşlərindən fərqlənməyəcəyini qeyd edərək deyib : Beynəlxalq təşkilatların Ermənistanı Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmağa vadar etmədiyi zamanadək müzakirələrin real nəticəsi olmayacaqdır.
Atlas Araşdırmalar Mərkəzinin Direktoru Elxan Şahinoğlu isə Kazanda uzaqbaşı tövsiyə xarakterli bir sənədin imzalanacağını proqnoz edir.
Müstəqil politoloq Zərdüşt Əlizadə deyib : Vasitəçilərin mövqeyinə yox , münaqişə tərəflərinin bəyanatlarına diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə , Azərbaycan və Ermənistan prezidentləri bir-birinə zidd bəyanatlar verirlər.
Misal üçün Serj Sarksiyan Qarabağın Azərbaycan R-na qaytarılmasını mümkünsüz saydığı halda , İlham Əliyev Qarabağa müstəqilliyin verilməsini rədd edir.
Doktrina Hərbi Araşdırmalar Mərkəzinin prezidenti Cəsur Sumərinli deyib : Cüzi məsələlər ,o cümlədən qoşunların təmas xəttində bir –birindən məsafəsini çoxaltmaq barədə razılığa gəlinə bilər.
Qarabağda mümkün hərbi əməliyyatların başlanmasına gəlincə , ekspert qeyd edib ki , bu ən azı gələn 2-3 ildə mümkün deyil və yalnız Rusiyanın bitərəf qalması ilə reallaşa bilər.
Xatırladaq ki , Rusiya Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan R. və Ermənistanın dövlət başçıları iyunun 25-də Kazan şəhərində görüşəcəklər.
Bəzi ehtimallara görə, Kazan görüşündə Azərbaycan R-nın işğal olunmuş 7 rayonundan ikisinin azad edilməsi müqabilində Qarabağın statusuna dair referendum tarixinin təyin edilməsi haqda razılıq əldə olunacaq.
Müşahidəçilər xəbərdarlıq edirlər ki , Dağlıq Qarabağ referendumun keçirilməsi onun daimi şəkildə Azərbaycan R-dan qopması ilə nəticələnəcək.
Maraqlıdır ki , Minsk Qrupuna həmsədrlik edən hər üç dövlət referendum ideyasında israrlıdır.