Tarix : 2011 Jun 21
Kod 23540

Bakı Apellyasiya Məhkəməsi hicab məhbusunun şikayətin təmin etməyib

Mayın 6-da Bakıda keçirilən aksiyaya görə tutulmuş Əlvan Aslan oğlu Hüseynovla bağlı şikayətə baxıb
well/Aran agentliyi

 

Bakı Apellyasiya Məhkəməsi orta məktəblərdə hicabın yasaq edilməsinə etiraz olaraq mayın 6-da Bakıda keçirilən aksiyaya görə tutulmuş Əlvan Aslan oğlu Hüseynovla bağlı şikayətə baxıb.

Vəkil Anar Qasımovun bildirdiyinə görə, hakim Abid Abdinbəyov həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilmiş vəsatətin təmin olunmamasına dair Xətai Rayon Məhkəməsinin iyunun 7-də çıxardığı qərarı qüvvəsində saxlayıb.

Arif Məmmədov və Əlvan Hüseynov Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurlar.

Qeyd edek ki, vəkil hüquqlarını müdafiə etdiyi hicab məhbusu Rövşən Arif oğlu Məmmədov barəsində də eyni iddia ilə apellyasiya şikayəti verib. Bu şikayətlə bağlı məhkəmə günü hələ təyin edilməyib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 21