Tarix : 2011 Jun 21
Kod 23542

İnsanın ölərkən hiss etdikləri

Ürək çatışmazlığı, qan itirmə, boğulma, yanaraq ölmək, hündürlükdən yıxılma, baş kəsilməsi və asılaraq ölən insanların keçirdiyi ağrılar və hissləır
well/Aran agentliyi

Ürək çatışmazlığı, qan itirmə, boğulma, yanaraq ölmək, hündürlükdən yıxılma, baş kəsilməsi və asılaraq ölən insanların keçirdiyi ağrılar və hissləır.

 

Ürək çatışmazlığı

Ürək tutmaları əslində filmlərdəki qədər sürətli və dramatik baş verən hadisə deyil. Ən çox görünən simptomlar isə sinədə başlayan ağrı, bədəndə sıxılmalar və təzyiqin artmasıdır. Bütün bunlar ürək əzələsinin oksigensizlikdən sıxılmasıdır. Bəzi hallarda ürək çatışmazlığı gəlib keçən davamlı xəstəlik olsa da, əksər hallarda ölümlə nəticələnmə faizi yüksəkdir. İnsanlar çox vaxt ürək tutmasını heç hiss etmiyə də bilərlər. Amma kiçik bir ürək tutmasının belə insanı 10 saniyədə məhv edə bilməsi mümkündür.

 

Qan itirmə

Orqanizmimizdə mövcud olan 5 litr qandan 750 ml və daha azı bərpa edilə bilər. 1.5 litr və daha çox qan itirildikdə isə (daxili və ya xarici qanaxma) insan əvvəlcə üşüməyə başlayır. Sonra susuzluq, halsızlıq, başgicəllənmə baş verir. Ardından isə şüur itir və bir tibbi yardım göstərilmədikdə və ya kifayət qədər gecikildiyində insan ölür.

 

Boğulma

İnsanlar suda daha çox panika və soyuqluq səbəbi ilə boğulurlar. Suya batdıqda insan nəfəsini tutmağa çalışır. Bu əksərən 90 saniyə baş verir. Daha sonra nəfəs alıb verilməyə çalışılır və nəticədə su udulur, suyun içində öskürmələr başlayır. Su nəfəs borularını tutaraq, hava keçməsinə mane olur. Bu zaman sinədə yüngül bir yanğı və acılıq hiss olunur. Artıq suda bədənin sakitləşməsi beyinə oksigenin çatmadığını göstərir. Bir müddət sonra isə oksigensiz qalan beyin və ürək fəaliyyətini dayandırır.

 

Yanaraq ölmək

Əvvəlcə saçlar və qaşlar yanır. Daha sonra dərinin üst qatındakı hüceyrələr... Bu isə çox ağrılıdır. Sinir hüceyrələrinin bir müddət sonra tamamilə yandığı üçün ağrı hissi dayanır. Yanaraq ölənlərin 90%-i isə dəri yanıqlarından deyil, tüstü-duman nəticəsində ölür.

 

Hündürlükdən yıxılma

Zənn edildiyi qədər ağrı vermir. 145 metrdən tullanan insan 200 km / saat sürətiylə düşür. Bu sürətlə düşən insanların 75%-i yerə ilk çırpıldığı saniyədə də ölürlər. Səbəb isə ürək və ağciyər parçalanması və ya qabırğaların qırılaraq daxili orqanları kəsməsidir.

 

Baş kəsilməsi

Mütəxəssis və tarixşünasların birgə gəldiyi qənaətə görə, kəsilmiş baş bir müddət ətrafı görür. Səbəb isə baş kəsildikdən sonar 30 saniyəyə qədər beyin işlək vəziyyətdə qalır.

 

Asılmaq

Bu tip ölümlər, adətən, ya intihar xarakterlidir ya da edam. Boyuna keçirilən kəndir beyinə gedən arteriyaları sıxışdırır və 10 saniyə içində insane özündən gedir. Lakin ipin səhv formada taxılması bu müddəti 10-15 dəqiqəyə qədər artıra bilir. Bu zaman isə insan nəfəssizlikdən əzab çəkir. İpin bu cür yalnış taxılması, insanların özündən keçməyərək əziyyətli şəkildə ölməsinə gətirib çıxarır.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 21