Tarix : 2011 Jun 21
Kod 23548

Hicab məhbusuna böhtanlar atıldı

“Yeni həyat” qəzeti məhkəməyə verilib
well/Aran agentliyi

 

 “Yeni həyat” qəzeti məhkəməyə verilib.

İslamtimes” in müxbirinin “Cənub Xəbərləri” qəzetinə istinadən verdiyi xəbərə görə bu ilin yanvar ayında hicab qadağası ilə mübarizə apardığı üçün həbs olunan Masallı rayon Xıl kəndinin axundu Fəraməz Abbasov barədə Masallı rayon İcra Hakimiyyətinin “Yeni Həyat” adlı qəzeti böhtan xarakterli məqalə dərc edib. Qəzet nəşr olunduqdan sonra Fəraməz Abbasovun ailə üzvləri mətbuat vasitəsi ilə buna öz etirazlarını bildiriblər.

 

Fəraməz Abbasovun oğlu Əmin Abbasovun dedikləri:

“24 yanvar 2011-ci ildə atam şərlənərək həbs olunub. Guya, evimizdən silah-sursat tapılıb, atam dövlət çevrilişi etmək istəyirmiş. Bundan 2 həftə sonra isə Masallıda, icra hakimiyyətinin təsisçiliyi ilə çıxan “Yeni həyat” qəzetində “Xəyanəti pisləyirik” adlı yazı çap olundu.

Yaşadığımız Xıl kəndindən şəhid Milli Qəhrəmanın atası Eynulla Eynullayev, Xıl kənd bələdiyyəsinin sədri Vəlihəd Fərzəliev, Xıl məktəbinin direktoru Şəmsiyyə Məmmədovanın imzaları ilə çap olunmuş bu yazıda atama qarşı böhtan xarakterli ittihamlar irəli sürülmüşdü. Guya, bunlar dəfələrlə atama xəbərdarlıq etmiş, atama “ağıl” vermək istəmiş, amma atamı başa sala bilməyiblər. Guya, atamın geyimi, bizə gələn qonaqlar onları şübhələndirirmiş.

Biz bu haqsızlığa, ailəmizə atılan böhtana aydınlıq gətirmək üçün öncə həmin 3 nəfər həmkəndlimizə müraciət etdik. Onların hər üçü dedi ki, bu yazıdan bizim xəbərimiz yoxdur, adımızdan istifadə edib, o yazıya imza qoyublar. Milli Qəhrəman atası Eynulla kişi hətta dediklərini yazılı şəkildə yazıb bizə verdi. Biz də vəkil tutub bu böhtanla bağlı Masallı Rayon Məhkəməsinə müraciət etdik.

22 aprel 2011-ci ildə Nemət Musayevin sədrliyi ilə bu məsələyə baxdılar. Şəhid atası Eynulla kişi məhkəmədə də hiddətlə bildirdi ki, bu yazıdan qəti xəbəri yoxdur. Dedi ki, bu yazı həm mənim adıma, həm şəhid övladımın adına ləkədir. O hətta qəzet redaktoruna belə böhtançı yazıya görə çox ağır sözlər dedi.

Məktəb direktoru olan qadın isə utandığından məhkəməyə gəlmədi. Amma dəfələrlə bildirib ki, bu yazıdan onun xəbəri yoxdur

  • Yazılıb
  • da (də) 2011 Jun 21