Tarix : 2011 Jun 22
Kod 23562

Azərbaycan Respublikası DİN-nin Bakı dövlət rəsmisinin ABŞ əleyhinə danışıqlarının yayılmasından ...

Bu mövzu ABŞ-ın Bakı dövlət orqanlarında nüfuzunu göstərir
g/Aran agentliyi

 

Aran agentliyi/Azərbaycan Respublikası bölümü

 

Arannewsin “Trend”ə istinadla verdiyi xəbərə əsasən, iyunun 16-17-də İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilib.Tədbirdə Azərbaycanı DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. “Fars” agentliyinin adı çəkilən toplantı barədə verdiyi xəbərə istinadən bu tədbirdə Azərbaycan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov öz açıqlamalarında deyib: “Narkotik maddələr ABŞ iqtisadiyyatının gəlir mənbəyidir”. Həmçininn general-mayor ABŞ-ın öz iqtisadiyyatını təmin etmək üçün narkotik ticarəti himayə etdiyini qeyd edib.

Azərbaycan Respublikası DİN-yi bu xəbərin yayılmasından sonra onu təkzib edərək açıqladı: “Polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib. Bununla əlaqədar bəzi mətbuat orqanlarında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adından getmiş həmin təxribat xarakterli, iki dost və strateji müttəfiq olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik”.

Bu xəbərin tələsik təkzibi bir surətdədir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisi Həzi Aslanovun məlum mövzu ilə bağlı dedikləri səsli fayl şəklində mövcuddur.

Qeyd edək ki, bu mövzu Bakı dövlət örqanlarında ABŞ-ın nüfuzundan və Bakı rəsmilərinin ABŞ-ın qəzəbindən qorxmalarından xəbər verir. Halbuki, bu məsələ Bakı dövlətinin müstəqillik iddiası ilə uyğun gəlmir

  • Yazılıb
  • da (də) 2011 Jun 22