Bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır
g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
2007-ci ildə partiya sədri seçilən Doktor Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ölkə səviyyəsində rəvac verdiyi korrupsiyaya, qanun pozğunluğuna, işğalçı sionist rejimin göstərişlərini əliyevlər tərəfindən canla və başla həyata keçirilməsini tənqid edərək Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və aleh) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslamçılara qaldırılmış cinayət işinin istintaq materialları ilə tanışlıq yekunlaşıb. Azərbaycan İslam Partiyasının lideri Doktor Mövsüm Səmədovun vəkili Anar Qasımov “mediaforum”a deyib ki, istintaq materialları ilə tanışlıq üçün həddindən artıq çox vaxt sərf olunub: “15 cildlik cinayət işidir”.
Anar Qasımovun sözlərinə görə, o və həbs olunan islamçıların digər vəkilləri işə xitam verilməsinə dair vəsatətlə çıxış edəcəklər: “İş materialları ilə tanışlıq göstərdi ki, təqsirləndirilən şəxslər barədə qaldırılmış ittihamlar üzrə istintaqın heç bir dəlili yoxdur. Bu eyni zamanda bizim ümidlərimizi də artırmış oldu. İstintaqın əsas istinad etdiyi islamçıların evində silah tapılarkən alınan şahid ifadələri, eləcə də Mövsüm Səmədovun 2 yanvar çıxışına dair ekspert rəyidir. Qeyd edim ki, eyni ekspertlər digər ilahiyyatçının eyni məzmunlu çıxışına başqa cür rəy verib. Şahid ifadələri də əksər hallarda şəxsi ehtimallara əsaslanıb. Yəni daha çox belə ifadələr işlədilir: “mənə görə”, “mənə elə gəlir ki” və sairə”.
Vəkil onu da vurğulayıb ki, ittiham olunan şəxslərin iş materialları barədə fikirləri müdfəçilərin fikirləri ilə üst-üstə düşür.
Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Doktr Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar.
Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Doktr Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib. Onlar polisə tabe olmamaqda şərrlənərək təqsirli biliniblər.
Həmin gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Doktr Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun işlədiyi dükanda əməliyyat-axtarış tədbirləri keçirib. Doktr Mövsüm Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altında 3 ədəd əl qumbarası qoyaraq, habelə yaşadığı evdə 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcıları ataraq Dəyanət Səmədovu həbs ediblər.
Yanvarın 11-də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb. 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraqı F.Məmmədrızayevin evinə ataraq onu yanvarın 13-də həbs ediblər.
Yanvarın 18-də AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevə, ayın 20-də isə Doktr Mövsüm Səmədova ittiham irəli sürülüb.
Həmin ay partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qabaqcadan həyətlərində silah-sursat yerləşdirən əliyevlərin məmurları odlu silahları aşkar edildikdən sonra onları da həbs ediblər.
İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə dövlət tərəfindən şərrlənilərək ittiham olunurlar.
Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə şərrlənərək yeni ittiham irəli sürülüb.
Bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.
2007-ci ildə partiya sədri seçilən Doktor Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ölkə səviyyəsində rəvac verdiyi korrupsiyaya, qanun pozğunluğuna, işğalçı sionist rejimin göstərişlərini əliyevlər tərəfindən canla və başla həyata keçirilməsini tənqid edərək Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və aleh) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.