Təəssüf ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb
well/Aran agentliyi
“Təəssüf ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb. Lakin bu, konkret rəqəm deyil, yəqin ki, faktiki say bundan da çoxdur”.
Bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. 26 iyunun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan Ə.Həsənov deyib ki, narkotik problemi bütün dünyada müharibədən də təhlükə bir problemdir. Komissiya sədri deyib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb: “Dünyada narkotiklərlə mübarizə modeli köhnəlib. Narkotiklərlə bağlı mübarizə üzrə qanunlar sərtləşdirilməlidir” (APA).