Tarix : 2011 Jun 23
Kod 23580

Polis kağız paylayanları axtarır...

Vərəqələr və CD disklər ölkənin Cənub bölgəsindədə paylanılıb
well/Aran agentliyi

Vərəqələr və CD disklər ölkənin Cənub bölgəsindədə paylanılıb.

Bakı şəhərinin bəzi rayonlarında Təhsil naziri Misir Mərdanovun üstündən xətt çəkilən vərəqələr və CD disklər artıq Azərbaycanın Cənub bölgəsində də geniş surətdə yayılmaqdadır.

Azadxeber.az saytının "Xeber44.com" saytına istinadən verdiyi xəbərə görə, Astara, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fərdi yaşayış evləri, bina evləri, istirahət parkları və bazarlarda CD disklər və vərəqələr əhali arasında paylanmaqdadır.

Paylanılan CD və vərəqələr rayonlarda əhali arasında böyük marağa səbəb olub.

Bəzi rayonlarda polis etiraz aksiyalarının olacağından ehtiyatlanaraq küçə və xiyabanlarda nəzarəti gücləndirib.

Misir Mərdanovun üstündən xətt çəkilən vərəqələr və CD disklərin kimlər tərəfindən paylanılması üzrə polis tərəfindən axtarışlar gedir.

Xatırladaq ki, iyunun 17-də Bakının bəzi rayonlarında da Təhsil naziri Misir Mərdanovun üstündən xətt çəkilən vərəqələr və hicab qadağasına etiraz olaraq CD disklər də paylanılmışdı.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 23