terror qruplaşmasının sabiq lideri “PKK” və “Pejak”-ın əsas hədəfinin İranı qeyri-stabil ölkəyə çevirmək olduğunu deyib
well/Aran agentliyi
terror qruplaşmasının sabiq lideri “PKK” və “Pejak”-ın əsas hədəfinin İranı qeyri-stabil ölkəyə çevirmək olduğunu deyib.
“PKK” terror qruplaşmasının İran qolu olan “Pejak”-ın sabiq liderlərindən biri terror qruplaşması üzvlərinə İsrail ordusunun zabitləri tərəfindən təlim keçildiyini deyib. Təlimin İraqın şimalındakı “Ərəbial” hava limanındakı düşərgədə baş tutduğunu bildirən terror qruplaşmasının lideri “PKK”-nın narkotik maddə ticarətindən yüksək gəlir əldə etdiyini və bunun sayəsində ABŞ və Avropa Birliyi (AB) ilə “bazarlıq” apara bildiyini vurğulayıb.
İsveçrə mətbuatına müsahibə verən kemiş “Pejak” lideri qruplaşmanın İrana nə dərəcədə zərər verə biləcəyi ilə bağlı ünvanlanan suala cavabında terror qruplaşmasının İrana nəzərəçarpacaq zərbə vurmaq iqtidarında olmadığını bildirib. “Pejak” üzvlərinin İranın təhlükəsizlik qüvvələri ilə üz-üzə gəlməkdən çəkindiyini bildirən “Rüzgar” kod adlı sabiq lider qruplaşmanın hədəfində əsasən rəsmi Tehranla əməkdaşlıq edən kürdlərin olduğunu bildirib. ABŞ və AB-nin “Pejak”-ı terror qruplaşmaları siyahısına daxil etdiyi halda terror qruplaşmasının lideri Hacı Əhmədinin Almaniyada sərbəst şəkildə yaşa bilməsi ilə bağlı sualı da cavablandıran sabiq “Pejak” lideri bunun Qərbin ikiüzlülüyünü göstərdiyini deyib. Sabiq lider bu yaxınlarda Belçika hökumətinin “Pejak”-a Brüsseldə ofis açması üçün yaşıl işıq yandırdığını da xatırladıb.
“Rüzgar” İrandakı “Pejak”-çıların sayının 500-dən çox olmadığını da müsahibəsində qeyd edib.