Tarix : 2011 Jun 24
Kod 23589

Rusiya: ''Kazan görüşü Qarabağ nizamlanmasında hüdud rolunu oynayacaq''

Məlumatda deyilir ki, Kazanda müzakirə ediləcək sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün nəticəsidir
g/Aran agentliyi

 

Aran agentliyi/Azərbaycan Respublikası bölümü

Rusiya hesab edir ki, iyunun 24-də Kazan şəhərində prezident Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksiyan arasında nəzərdə tutulan görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında hüdud rolunu oynayacaq və tərəflər münaqişənin həllində baza prinsiplərində razılıq əldə edəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydı bəyanatda deyilir.

“Bakı və İrəvanın mayın 26-da Dovildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatına konstruktiv yanaşacaqlarını gözləyirik. Bəyanatda Azərbaycan və Ermənistan liderlərinə siyasi iradə göstərmək və Kazan sammiti zamanı Dağlıq Qarabağ nizamlamasının əsas prinsipləri layihəsi üzərində müzakirələri başa çatdırmaq çağırışı əks olunub”, - deyə XİN-in məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, Kazanda müzakirə ediləcək sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün nəticəsidir, irəliyə hərəkət etmək və ümumi qəbul edilən sülh sazişinin sonradan hazırlanması üçün real əsasdır.

“Ümid edirik ki, tərəflər bu əsasda sülh, çiçəklənmə və bütün regionun inkişaf maraqları naminə razılığa gələcəklər”, - məlumatda deyilir.

  • Yazılıb
  • da (də) 2011 Jun 24