Tarix : 2011 Jun 24
Kod 23590

Azərbaycan və Türkiyə Kərbəla şəhər hakimiyyətinə müraciət edib

Qardaş ölkələr Kərbəlada konsulluq açmaq niyyətindədirlər
g/Aran agentliyi

 

 Aran agentliyi/Azərbaycan Respublikası bölümü


Azərbaycan və Türkiyə İraqın Kərbəla şəhərinin hakimiyyətinə bu şəhərdə konsulluq açılması məsələsi ilə bağlı rəsmi müraciət ediblər. Bunu Kərbəla Qubernatorluğu Şurasının sədri Mühəmməd Musəvi deyib. Xəbəri İraq KİV-i yayıb. "Bu konsulluğun açılmasında məqsədlərdən biri öz öləkələrindən olan zəvvarların müşahidə edilməsidir", - Musəvi bildirib. Onun sözlərinə görə, yerli hakimiyyət bu konsulluqların açılması üçün bütün hüquqi və diplomatik prosedurların başa çatmasını gözləyirlər. Musəvi onu da bildirib ki, Kərbəlada yalnız İran İslam Respublikasının konsulluğu var. Konsulluq ötən il açılıb.

 

  • Yazılıb
  • da (də) 2011 Jun 24