İcra başçısı ilə «bazarkom»un «Şərq Bazarı» ətrafında qurduğu oyun onları hərəkətə gətirib
g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən «Şərq Bazarı» sökülür. Bizimxeber.com bildirir ki, bazarın direktoru Rəşid Babayevin təşəbbüs və yeni icra başçısı Eldar Əzizovla bazarlığa getməsinin qurbanı olan ticarət mərkəzinin 66 sahibkarı isə hüquqlarını qorumaq üçün mübarizə aparırlar. Bildirək ki, iki gün öncə Sumqayıt Şəhər Məhkəməsi sahibkarların qaldırdığı iddiaya baxıb. Yekun qərarın isə iyunun 25-də veriləcəyi gözlənilir. Sahibkarlar isə deyirlər ki, onlar hüquqlarını qorumaq üçün bütün vasitələrə əl atacaqlar. Onlar bəyan ediblər ki, əllərində sənədləri olduğu halda Rəşid Babayevin özbaşınalığı ilə barışmaq fikirləri yoxdur. Eyn zamanda, onlar etiraz aksiyası keçirəcəklərini də istisna etmirlər. Sahibkarlardan birinin Bizimxeber.com-a verdiyi məlumta görə, məhkəmənin qərarından ciddi nəticə gözləmirlər. O deyib ki, buna baxmayaraq iyunun 25-ni gözləyirlər. Bunun ardından isə hüquqlarını qorumaq üçün lazımi addımları atacaqlar. «Biz ailələrimizə buradan çörək aparırıq. Kimlərsə öz şəxsi maraqları xatirinə bazarı sökmək istəyir. Əlimizdə Əmlak Komitəsinin verdiyi sənədlər var. Haqqımızın tapdanmasına imkan verməyəcəyik. Tələbimiz yerinə yetirlmədiyi təqdirdə etiraz aksiyalarına başlayacağıq».