Tarix : 2011 Jun 24
Kod 23593

Avropa İttifaqı Azərbaycandan üzr istədi

prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirir
g/Aran agentliyi

 

 Aran agentliyi/Azərbaycan Respublikası bölümü

Azər Qasımlı: "Qurumun rəsmi nümayəndəsi Azərbaycan bayrağının düzgün qoyulmamasını texniki səhv adlandıraraq üzrxaqlıq edib".

Bəlli olduğu kimi bu gün Brüsseldə prezident İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun görüşü keçirilib. Həmin görüşdə Azərbaycan bayrağı düzgün asılmamışdı. Məsələ ilə bağlı ANS-ə açıqlama verən prezidentin mətbuat katibi Azər Qasımov bildirib ki, Avropa İttifaqının rəsmi nümayəndəsi bayrağın düzgün qoyulmamasını texniki səhv adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.

Xatırladaq ki, prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirir. Azərbaycan prezidenti Aİ Şurasının sədri German van Rompey, Avropa Parlamentinin sədri Yerji Buzek və Aİ-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşü nəzərdə tutulur.

  • Yazılıb
  • da (də) 2011 Jun 24