g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
Hərəkat ilk aksiyasını Nehrəmdə mayın 31-də keçirib. Aksiyada kənddə su çatışmazlığı, işsizlik kimi sosial problemlərlə yanaşı, yerli hakimiyyət orqanları tərəfindən kənd əhalisinin şərəf və ləyaqətinin alçaldılması, insan haqları və mülkiyyət hüquqlarının pozulması və s. problemlər qaldırılıb.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nehrəm “Müqavimət Hərəkatı” etiraz aksiyalarına başlamağı planlaşdırır və növbəti aksiya daha mütəşəkkil və kütləvi olacaq. Bu barədə “Turan”ın bölgə müxbirinə Hərəkatın Təşkilat Komitəsindən bildiriblər.
TK bu ilin iyununda kənddə keçirilən ilk etiraz aksiyasında qaldırılan problemlərə yerli hakimiyyətin hələ də laqeyd münasibət göstərməsinin davam etdiyini vurğulayıb.
Kənddə vəziyyət gərgin olaraq qalır. Bu səbəbdən də qarşıdakı aksiyanın genişlənərək Babək rayonunu əhatə edəcəyi istisna deyil. Bununla bağlı TK üzvləri rayon əhalisi arasında iş aparırlar. Müqavimət Hərəkatı bu məsələ ilə bağlı bəyanat da yayıb.
Bəyanatda bir müddət əvvəl Nehrəmdə keçirilən ilk aksiyadan sonra yerli hüquq-mühafizə orqanlarının Müqavimət Hərəkatının üzvlərinə qarşı zorakılıqları və Hərəkatın sədri Rzaqulu Həsənovun Naxçıvandan məcburi deportasiya edilməsi pislənilir. R.Həsənovun yenidən Naxçıvana qayıdaraq etiraz aksiyalarında iştirak edəcəyi, ona qarşı törədilə biləcək hər-hansı təxribata görə yerli hakimiyyətin məsuliyyət daşıyacağı qeyd edilir.

Abna