Tarix : 2011 Jun 25
Kod 23595

Hicaba qarşı qadağaya etirazlar səngimir

Azərbaycan Respublikası orta məktəblərində hicaba qadağanın davam etməsinə baxmayaraq ölkə məhkəmələrində bu xüsusda şikayət işlərinə baxılır
well/Aran agentliyi

Azərbaycan Respublikası orta məktəblərində hicaba qadağanın davam etməsinə baxmayaraq ölkə məhkəmələrində bu xüsusda şikayət işlərinə baxılır.

Bakıdakı yerli mənbələrin məlumatına əsasən, bu şikayət ərizələrdən biri də Sumqayıt sakini Azər Əzizov tərəfindən məhkəməyə verilib. A.Əzizovun qızı hicablı olduğu üçün məktəbdən qovulub. Bu isə hicablı qıza təhsildən məhrum olduğuna görə psixoloji zərbə olub.

Azər Əzizov vahid forma bəhanəsilə hicaba qadağanın qanunsuz olduğunu qeyd edərək bildirib: Hər hansı bir məktəbin qoyduğu qanun Ədliyyə nazirliyinin təsdiqi olmadan icra oluna bilməz. Belə ki, məktəb daxilində alınmış bu qərar təsdiqlənmədən şagirdin qovulması üçün sübut ola bilməz.

Əzizov həmçinin onu da bildirib ki, hətta Ədliyyə Nazirliyi bunu təsdiqləsə də, şagird məktəbdən qovula bilməz. Çünki bu dinlər arasında ayrı-seçkilik və dini etiqad hüququna ziddir.

Övladı məktəbdən qovulan ata həmçinin deyib: Şikayət ərizəsindən müsbət nəticə almazsa, konstitusiya məhkəməsinə, hətta lazım olarsa Avropa İnsan haqları məhkəməsinə belə şikayət edəcəyəm.

Azərbaycan Respublikası qanunlarına əsasən, hicab qadağan deyil. Amma vahid forma bəhanəsilə hicablı şagirdlərin məktəbə girişi qadağandır. Bu isə minlərlə hicablı qızın təhsildən məhrum olunmasına gətirib çıxarıb.

Onlarla islami fəal hicabı müdafiə etdiyi üçün həbsə salınıb. Özü də saxta dəlillərə əsasən. Lakin bu məsələ hələ də etirazları susdura bilməyib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 25