Sionist rejim Azərbaycan Respublikası haqdakı hiyləgərlik və aldatma siyasətlərinin davamında müqəddəs məkanlardan bir vasitə kimi istifadə edir
well/Aran agentliyi
Sionist rejim Azərbaycan Respublikası haqdakı hiyləgərlik və aldatma siyasətlərinin davamında müqəddəs məkanlardan bir vasitə kimi istifadə edir.
Bakı medialarının sionist mənbələrə istinadən verdikləri məlumata əsasən son zamanlar Azərbaycan Respublikası vətəndaşlarını müqəddəs məkanların ziyarəti və hətta Həccə göndərmək üçün sionist rejim şirkətləri ilə Azərbaycan Respublikası şirkətləri arasında müqavilə imzalanıb.
İz.ru saytının verdiyi məlumata əsasən sionist İsrail rejiminin Elita Vip Turz turizm şirkətinin prezidenti İşuyil Rəhman İsrail yəni İşğal edilmiş Fələstinin müqəddəs məkanlarına məhdud Həcc səfərləri təşkil etmək üçün Azərbaycan Respublikasının iki turizm şirkəti ilə müqavilə imzalayıb. Amma bu müqavilələrə əsasən Azərbaycan Respublikası zəvvarları İsraildən keçməklə Təməttö Həccini yerinə yetirə bilərlər!!!
İşmuyil Rəhmanın sözlərinə görə, o Bakıda "Qalaksi Trəvl" və " Paşa Trəvl" turizm şirkətləri ilə müqavilələr imzalayıb və yaxın gələcəkdə İsrail yəni İşğal edilmiş Fələstin və onunla qonşu olan ölkələrdə müsəlmanların müqəddəs məkanlarına zəvvar cəlb etmək üçün təbliğatlara başlanacaqdır".
Bu sionist investor bildirib ki, bu sionistin kiçik həcc adlandırdığı Ümrə Həcc səfərləri proqramlarını təşkil etmək üçün Azərbaycan Respublikasında yetərli potensial müştərilər mövcuddur.
Bu sionist sonra deyib:" Azərbaycan Respublikasının Həcc üçün illik kvotası 10 min nəfərdir və müsəlmanların bir çoxu bu məkanı ziyarət etməyə təmayüllüdürlər. Amma bu kvota içərisində yerləşməyə müvəffəq ola bilmirlər. Mən onlar üçün Ömrə Həcc səfərləri təşkil edə bilərəm. Onlar həmçinin bu səfərləri həyata keçirməklə İsraildə müsəlmanların müqəddəs məkanlarının necə qorunduğunu və bizim müsəlmanlarla müharibə etmədiyimizi görə bilərlər" !!
Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasında Həcc karvanları göndərmək üzrə əsas rola malik olmasına görə bu idarənin sionist rejimin Azərbaycan Respublikasında müqəddəs məkanların ziyarəti və hətta Həcc mövzuları haqda sui-istifadəsi üzrə cəhdləri xüsusunda sükut etməsi sual-doğurandır.