Bu yaxınlarda Azərbaycanda ABŞ hərbçilərinin iştirakı ilə böyük miqyaslı təlim keçiriləcək . ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi''
well/Aran agentliyi
Bu yaxınlarda Azərbaycanda ABŞ hərbçilərinin iştirakı ilə böyük miqyaslı təlim keçiriləcək . ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi".
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.
O deyib: "Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür. Eyni zamanda hər iki tərəfin birgə əməkdaşlığı davam etdirməsi göstəricisi kimi sizə deyim ki, yaxın zamanda bir neçə böyük miqyaslı təlimlər
keçiriləcək və burada ABŞ və Azərbaycan hərbçiləri iştirak edəcəklər.
Belə təlimlərin biri Azərbaycanda, digəri xarici ölkələrin birində keçiriləcək".
Qeyd edək ki, bu il ABŞ-Azərbaycan birgə hərbi təlimləri növbəti dəfə təxirə salınıb. 15-25 may tarixlərində "Regional cavab-2011" adı
altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi ki élan olunmamış səbəblərə görə taxirə düşmüşdur.