Bakı Dairəvi Yolunun Nardaran qəsəbəsindən keçən hissəsində Nardaran əhalisinin bir çoxuna kompensasiyanın verilməməsi ilə bağlı qalmaqal yaradıb
well/Aran agentliyi
Bakı Dairəvi Yolunun Nardaran qəsəbəsindən keçən hissəsində Nardaran əhalisinin bir çoxuna kompensasiyanın verilməməsi ilə bağlı qalmaqal yaradıb.
Bu barədə kənd sakini Rasim Əlizadə məlumat verib.
Onun sözlərinə görə, Dairəvi Yolun çəkilişi ilə bağlı Nəqliyyat Nazirliyi mülkləri sökülmüş 60 qəsəbə sakininə kompensasiya vermək qərarına gəlib. Ancaq bu günlərdə Nəqliyyat Nazirliyinin əməkdaşları yerli icra hakimiyyəti ilə birlikdə əraziyə baxış keçirib və mülkləri sökülmüş 60 ailəni siyahıya alıb. Bu isə məlum hadisə ilə bağlı digər zərərçəkənlərin narazılığına səbəb olub. Hamıya yaxşı məlumdur yolun çəkilişi ilə əlaqədar 100 yuxarı sakinin mülk və obyekti sökülüb. Amma nədənsə həmin ailələr siyahıya salınmayıb. Halbuki bu ailələr mülklərinin və torpaq sahələrinin zəbt edilməsi ilə əlaqədar dəfələrlə rəsmi qaydada Nəqliyyat Nazirliyinə və Sabunçu Rayon İcra Hakimiyyətin məlumat verib.
Rasim Əlizadə deyib : " Narazı sakinlərin Maliyyə Nazirliyi qarşısında aksiya keçirəcək. Biz bu ayrı seçkiliyə qəti etiraz edirik. Bəzi rəsmi şəxslərin bəhanələri budur ki, guya bizim sənədlər yoxdur. İndi mən soruşmaq istəyirəm, siyahıya alınan 60 nəfərə hansı əsasla kompensasiya verilir. Mən dəqiq bilirəm ki, Nardaranda əhalisinin 90 faizinin mülkiyyət sənədi yoxdur".