Ermənistan və Türkiyə arasında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılmayıb
well/Aran agentliyi
Ermənistan və Türkiyə arasında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılmayıb.
APA-nın məlumatına görə, bu bəyanatla Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan çıxış edib.
O, Avropa Şurası Parlament Assambleyasının prezidenti, türkiyəli deputat Mövlud Çavuşoğlunun "Ermənistan və Türkiyə arasında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsinə dair razılıq əldə olunub" bəyanatına belə münasibət bildirib: "Ermənistan və Türkiyə arasında Dağlıq Qarabağ münaqişəsinə aid danışıqlar aparılmayıb və təbii ki, beş, üç, hətta bir rayonun qaytarılması barədə danışıq olmayıb".