well/Aran agentliyi
“İran və Azərbaycan terrorçuluqda mübarizədə əməkdaşlığı genişləndirəcək”. Bunu İran prezidenti Mahmud Əhmədinexat Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla Tehranda terrorçuluqla mübarizəyə həsr olunmuş konfrans çərçivəsində keçirdiyi görüşdən sonra bəyan edib.
Görüş zamanı İran prezidenti ili ölkə arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
O, qeyd edib ki, Tehran və Bakı geniş siyasi, iqtisadi və mədəni imkanları ilə bölcədə sülh və sabitliyin bərpasına yardım edə bilər.
Mahmud Əhmədinaxetın sözlərinə görə, Azərbaycanın konfransda fəal iştirakı iki ölkə arasında əlaqə və əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq.
Eldar Mahmudov isə Azərbaycan-İran münasibətlərini dostluq və qardaşlıq əlaqələri kimi xarakterizə edib.
Onun sözlərinə görə, iki ölkə terrorçuluqla mübarizədə müsbət və konstruktiv əməkdaşlıq edir və Bakı Tehranla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.
(anspress)